İpoteka krediti almaq asanlaşır - Video

İpoteka krediti ilə mənzil almaq istəyənlər üçün şərtlər ildən-ilə yumşaldılır. Prezidentin yeni fərmanı ilə prossedur qaydaları bir qədər də asanlaşdırılıb, ilkin ödəniş, aylıq məbləğ, eləcə də kredit müqaviləsinin dəyişdirilməsi qaydaları müəyyən edilib.
İpoteka ilə mənzil almaq istəyənlərə şad xəbər var. Şərtlər bir qədər yüngülləşib.
Avtosfer.az xəbər verir ki, əsas yeniliklərdən biri ilkin ödəniş və aylıq məbləğlə bağlıdır. Belə ki əvvəlki qaydalara görə aylıq ödənişlər əmək haqqının 70 faizindən çox olmamalı idi. Yeni qaydalara görə isə ilkin ödəniş mənzilin dəyəridən 40 faiz çox olarsa, bu tələb aradan qalxır. Yəni ödəniş qrafikinin müddətini vətəndaş azaltmaq imkanı əldə edir. Dolayısı ilə ümumi faizlərin də miqdarı azalır. Amma burada götürülən kreditin həcmi də önəmlidir.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrinin yuxari həddi Fondun Himayəçilik Şurası tərəfindən müəyyən olunacaq.
Digər dəyişikliyə əsasən, ipoteka kreditinin ödənilməsi şərtlərinin hansı hallarda dəyişdiriləcəyi də müəyyən edilib. Belə ki, əgər vətəndaş krediti qaytarmaqda çətinlik çəkərsə, o zaman müqaviləsinin şərtlərinin dəyisdirilməsi üçün müvəkkil banka elektron sistem vasitəsilə müraciət edə bilər. Bank da 3 iş günü müddətində təqdim edilən sənədləri yoxlayır.
Kreditin şərtlərinin yüngülləşdirilməsi bir sıra formalarda həyata keçirilə bilər. Bura Kreditin müddətinin uzadilması, bankin razılığı ilə kredit üzrə faiz dərəcəsinin bankın xidmət haqqısı hesabına azaldılması, ipoteka krediti üzrə ödənişlərə 1 ildən çox olmayan müddətə fasilə verilməsi kimi məsələlər daxildir.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










