İqlim dəyişikliyi milyonlarla insanı məhv edəcək

Almaniyanın tanınmış jurnalisti Hannes Ştayn hazırda Avropadakı vəziyyətlə qədim Roma dövründəki vəziyyəti uyğunlaşdırıb. Avtosfer.az medicina.az-a istinadən bildirir ki, məşhur qəzetdə çıxış edən jurnalist Avropa iqlimində baş vermiş xarakterik dəyişikliklərin 540-cı ildə, qədim Roma imperiyası dövründə də müşahidə olunduğunu və həmin ildə vəba, taun epidemiyasının yayıldığını bildirir. Hazırda insanlarda antibiotiklərə dözümlü patogenlərin çoxalması və iqlimin dəyişməsi də eyni miqyasda epidemiya təhlükəsi yaradıb. Tarixi faktlar göstərir ki, qədim dövrdə bir neçə il ardıcıl anomal aşağı temperatur hökm sürürdü, insanlar bu illəri " yaysız illər" adlandırırdı. Həmin ərəfədə romalılar evləri isitmək üçün daha çox odun ehtiyatı üçün meşələri, ağacları qırırdılar. İmperiyanın dayanmaq bilməyən tikinti işləri də ağacların sayını azaldırdı. Ona görə bu soyuq illərdə vulkanların aktivliyi də müşahidə olunurdu. Aşağı temperatur vəba, taun, qızdırmanı oyatmaq üçün imkan yaradırdı. Həmin əsrlərdə çəkilmiş İpək yolu və ticarət karvanları da bu virusları daha geniş əraziyə yaymağa birbaşa səbəb olmuşdu. Nəticədə milyonlarla insan 2 ilin ərzində öldü. İndi də bir neçə ildir sərin keçən yay, soyuqların daha çox davam etməsi, müasir virus və bakteriyaların ən güclü antibiotikləri belə tanıması, təslim olmaması, insanların ticarət məkanlarında çox olması, digər ölkələrə getməsi qədim dövrdəki təhlükəli epidemiya mənzərəsini təkrarlayır.
Məsələn, ən güclü antibiotik hesab edilən Kolistin 100% hallarda artıq təsir etmir. Kolistinə rezisdent olan gen Çində bütün insanlar və heyvanlarda formalaşıb. Paralel olaraq, valideynlərin peyvənddən qaçıb, bütöv bir peyvəndsiz nəsil yetişdirməsi, immuniteti ağır epidemik viruslar qarşısında müdafiəsiz qoyub. Jurnalist Ümumdünya Səhiyyə təşkilatı və Avropa Səhiyyə birliyini iqlim dəyişikliyi ilə bağlı artıq tarixdə bir neçə dəfə təkrarlanmış epidemik vəziyyətin yaranmasına diqqət etməyə və təcili tədbirlər görməyə çağırıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












