İran “Boeing”i məhkəməyə verəcək

İran ABŞ-ın təyyarə istehsalçısı olan “Boeing” korporasiyasını beynəlxalq məhkəməyə verəcək. Oxu.Az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə İran İslam Şurası Məclisinin (parlamentin) deputatı Taki Kəribi bildirib: “2016-cı ilin dekabrında “İran Air” şirkəti ilə “Boeing” korporasiyası arasında 80 təyyarənin alınması haqqında müqavilə imzalanıb. Bu gün isə korporasiya öhdəliyini yerinə yetirməkdən imtina edir.
Bu, beynəlxalq qanunları pozmaq deməkdir. Ona görə də İran beynəlxalq məhkəməyə müraciət edərək müqavilənin “Boeing” tərəfindən yerinə yetirilməsini tələb edəcək”.
Qeyd edək ki, “Boeing” korporasiyası ötən həftə bəyanat ilə çıxış edərək Vaşinqton administrasiyası tərəfindən İrana qarşı iqtisadi sanksiyaların bərpa olunması səbəbi ilə müqavilənin şərtlərini yerinə yetirə bilməyəcəyini bildirib. Bəyanatda bildirilib ki, “Boeing”in İrana təyyarə satması üçün lisenziyası yoxdur.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












