İran Hörmüz boğazında kommersiya gəmiçiliyini bərpa edəcək

İran Hörmüz boğazında kommersiya gəmiçiliyini bir ay ərzində müharibədən əvvəlki səviyyəyə bərpa edəcəyini vəd edir. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə İranın dövlət televiziyası məlumat verib. Məlumata görə, Tehran ABŞ ilə qeyri-rəsmi çərçivə anlaşma memorandumunun layihəsini alıb. Sənədə əsasən, Vaşinqton qoşunlarını İranın yaxınlığındakı bölgələrdən çıxarmalı və hərbi-dəniz blokadasını aradan qaldırmalıdır. Hörmüz boğazından gəmiçiliyin idarə edilməsi İran tərəfindən Omanla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Sənəd hərbi gəmilərə şamil edilmir. İran tərəfi öhdəliklərin yerinə yetirilməsinin "real yoxlanışı" olmadan heç bir addım atmayacağını vurğulayıb. Sənəd hələlik qəti şəkildə təsdiq edilməyib. Əgər 60 gün ərzində razılaşma əldə olunarsa, o, BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi şəklində təsbit oluna bilər. Memorandum ABŞ ilə İran arasında fevralda alovlanan münaqişədən sonra başlayan dolayı danışıqların nəticəsi olub. Mövcud məlumatlara görə, danışıqlarda vasitəçi rolunu Pakistan oynayır.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












