İran-İraq sərhədində zəlzələ: 1 ölü, 45 yaralı

İranın Kermanşah vilayətində baş verən zəlzələ İraqda böyük həyəcana səbəb olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, İraqda sakinlər yeraltı təkanlarla kütləvi təşviş keçiriblər. Bəzi sakinlər evlərini tərk ediblər. Təşvişə düşərək yüksəklikdən tullanan 1 nəfər ölüb. Zəlzələ zamanı daha 45 nəfər yaralanıb. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. İranda baş verən zəlzələdə xəsarət alanların sayı 420 nəfərə çatıb. Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












