İran rəsmisi: "Rəşt-Astara dəmir yolunun təkmilləşməsi 4 ilə yekunlaşacaq"

"Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin hər ikisində çatışmayan hissə Rəşt-Astara dəmir yolu xəttidir. Bu layihənin təkmilləşməsi ilə Hindistan, İran, Azərbaycan, Gürcüstan və Ukraynaya tranzit yol təkmilləşəcək və bu, çox önəmlidir".
Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İran İslam Respublikasının Dəmir Yolları İdarəsinin rəhbəri Səid Məhəmmədzadə deyib.
İdarə rəisi bildirib ki, proqnozlara görə, Rəşt-Astara dəmir yolu xətti istifadəyə veriləndən sonra yaxın 4 il ərzində 2 milyon ton yükün daşınması mümkün olacaq: "Əlbəttə ehtimal olunur ki, bu dəmir yolu xətti ilə daşınacaq yükün həcmi daha da çox olsun".
S.Məhəmmədzadə deyib ki, Rəşt-Astara dəmir yolunun icrası layihəsi İran prezidentinin xüsusi nəzarətindədir: "Azərbaycan Respublikası ilə əldə etdiyimiz razılığa əsasən, bu layihəyə İran və Azərbaycan birgə sərmayə yatıracaq. Qanuni və hüquqi aspektlərlə bağlı razılıq əldə olunub. Ümid edirik ki, layihənin icrası ilə Xəzər dənizinin qərbində Şimal-Cənub dəmir yolu xətti Azərbaycan, Gürcüstan, Ukrayna və Avropaya birləşəcək”.
S.Məhəmmədzadə deyib ki, Rəşt-Astara dəmir yolu xəttinin təkmilləşməsi üçün görüləcək işlərin qrafiki hazırlanacaq: “Dəmir yolu xəttinin uzunluğu 200 kilometrdən azdır. Azərbaycan və İranın birgə koordinasiyalı işi nəticəsində layihə daha az zamanda təkmilləşəcək və 4 ildən az bir vaxtda yekunlaşacaq".
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA










