İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlanıb

İran dövlət televiziyası Tehran və Vaşinqton arasında imzalanması gözlənilən memorandumun bəzi qeyri-rəsmi detallarını yayıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, razılaşmanın əsas istiqamətlərindən biri Hörmüz boğazında gəmi keçidi qaydalarının yenidən müəyyənləşdirilməsidir. İran boğazdan keçən gəmilərin statusunu müəyyən edən əsas tərəf olacaq. Yükü təhlükəli hesab edilən və ya son istifadəçisi İranla düşmən münasibətdə olan ölkələrlə əlaqəli gəmilər ticari gəmi kimi tanınmayacaq və müəyyən edilmiş marşrutlardan keçmələrinə icazə verilməyəcək. Məlumata əsasən, gəmilərin hərəkət marşrutlarının və naviqasiya xidmətlərinin qiymətlərinin müəyyənləşdirilməsi də İranın səlahiyyətində olacaq. Bundan əlavə, hər bir gəmi yükü, sahibi və təyinat məntəqəsi ilə bağlı məlumatları İran Hərbi Dəniz Qüvvələrinin aidiyyəti mərkəzinə təqdim etməli olacaq. Yayılan qeyri-rəsmi mətnə görə, İslamabad çərçivə anlaşmasının əsas bəndlərindən biri İranın dondurulmuş aktivlərinin azad edilməsidir. Razılaşmaya əsasən, ABŞ 60 gün ərzində İranın 12 milyard dollar həcmində dondurulmuş vəsaitlərinə tam çıxışı təmin etməyi öhdəsinə götürür. Qeyd edilir ki, həmin vəsaitlər İranın müəyyən etdiyi ölkələrdəki banklara məhdudiyyətsiz şəkildə köçürülə və istifadə oluna biləcək. İran dövlət televiziyası vurğulayıb ki, yayılan mətn hələlik qeyri-rəsmi xarakter daşıyır. Sənəd hazırda müzakirə, razılaşdırma və yenidən işlənmə mərhələsindədir.
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX












