İran xəbərdarlıqlara baxmayaraq yanlış addımlar atmağa davam edir - Ərdoğan - VİDEO

"Türkiyənin İran ətrafındakı böhrana cəlb olunmasının qarşısını almaq üçün bütün dövlət qurumları yüksək hazırlıq vəziyyətindədir".
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə Nazirlər Kabinetinin martın 9-da keçirilən toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Biz böhranın iqtisadiyyatdan ticarətə və sərhəd təhlükəsizliyinə qədər müxtəlif sektorlara potensial təsirini qiymətləndirdik. Əsas məqsədimiz ölkəmizi bu yanğından qorumaq, Türkiyənin təhlükəsizliyini təmin etmək və 86 milyon vətəndaşının rahatlığını təmin etməkdir. Bütün qurumlarımız 28 fevraldan bəri yüksək hazırlıq vəziyyətindədir", - deyə dövlət başçısı bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə İrana ərazisindən raket hücumları ilə bağlı xəbərdarlıq edib.
Türkiyənin hava məkanı F-16 qırıcıları ilə qorunur və fevralın 28-dən hava hücumundan müdafiə (HHM) sistemləri də fasiləsiz fəaliyyət göstərir
"Türkiyə sərhədləri 60 minlik şəxsi heyət tərəfindən mühafizə edilir. Martın 4-də İrandan buraxılan və İraq ilə Suriya hava məkanını keçəndən sonra Türkiyəyə istiqamətlənən raket NATO tərəfindən zərirsizləşdirilib. Bununla bağlı etirazımız İrana çatdırılıb. Xəbərdarlıqlarımıza baxmayaraq, hələ də Türkiyənin dostluğunu çətinləşdirəcək təxribatçı addımlar atılır. Uzunmüddətli qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır. Biz daha çox qan tökülməsinə qarşıyıq".
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA












