İrana dəmir yolu çəkmək üçün vəsait yoxdur - Nazir

Ermənistanın İrana dəmir yolu xətti çəkmək üçün kifayət qədər vəsaiti yoxdur. Avtosfer.az xəbər verir ki, bunu Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan deyib.

"İran-Ermənistan dəmir yolunun tikintisi üçün böyük vəsaitlər tələb olunur, dövlətin isə bu gün belə bir büdcəsi yoxdur", - deyə məmur etiraf edib. Bununla belə, Ermənistan tərəfi şərtlərindən asılı olaraq xarici mənbələrin sərfəli təkliflərini nəzərdən keçirəcək. İranla dəmir yolu rabitəsinin yaradılması Ermənistan hakimiyyətinin çoxdankı arzusudur. Türkiyə və Azərbaycanla normal siyasi və iqtisadi əlaqələrin olmaması səbəbindən, Ermənistan nəqliyyat baxımından təcrid olunmuş ölkədir. "Dünyaya yeganə pəncərə" isə Gürcüstandan açılır. İrana dəmir yolunun çəkilməsi isə İrəvana enerji resursları və malların çatdırılmasında alternativ yollardan istifadə etmək imkanı verəcək. Buna baxmayaraq, yerli biznes dairələrin nümayəndələri bu işə şübhə ilə yanaşırlar. "Apaven" ekspeditor şirkətinin icraçı direktoru Qaqik Ağacanyanın sözlərinə görə, dəmir yolunun inşası özünü doğrultmayıb, çünki İran və Ermənistan arasında yükdaşıma həcmi aşağıdır. (xezerxeber)
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












