İranda məktəblər bağlandı - Qarlı hava səbəbindən

İranın 15 vilayəti, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Çahar-Mahal və Bəxtiyari, Xuzistan, Simnan, Zəncan, Qəzvin, Kürdüstan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Lorestan, Mazandaran və Həmədan vilayətini qar və çovğun bürüyüb.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib. Onun sözlərinə görə, ötən 2 sutkada 4430 nəfərə yardım edilib, 50 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
İranın Qərbi Azərbaycan Təlim-Tərbiyə Baş İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Mehdi Məhəmmədpur qarın Qərbi Azərbaycan vilayətinin 4 rayonunda məktəblərin bağlanmasına səbəb olduğunu deyib.
Qar və çovğun nəticəsində Ərdəbil vilayətinin 7 şəhərində də məktəblər bağlanıb.
İranın Şərqi Azərbaycan vilayəti yolları qarının təmizlənməsi üzrə məsul şəxsi Qulamrza Rəsulzadə deyib ki, ötən gecə qar yağması nəticəsində vilayətin 600 kəndi ilə əlaqəsi kəsilmişdi. Yol idarəsi əməkdaşlarının səyi nəticəsində 200 kəndlə əlaqə bərpa edilib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










