İranda müharibə yenidən başlaya bilər – Politoloq səbəbini AÇIQLADI

Yaxın Şərqdə elan olunan atəşkəsə baxmayaraq, bölgədə vəziyyət hələ də gərgin olaraq qalır.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu mövcud vəziyyəti şərh edərkən atəşkəsin davamlılığının sual altında olduğunu bildirib.
Onun sözlərinə görə, Tehran hesab edir ki, əldə olunan razılaşmaya əsasən İsrail Livana qarşı hərbi əməliyyatları dayandırmalıdır. Lakin Tel-Əviv bu yanaşmanı qəbul etmir və bildirir ki, ABŞ ilə İran arasında əldə olunan atəşkəsin Livandakı əməliyyatlara aidiyyəti yoxdur.

Politoloq qeyd edib ki, İsrail hökuməti hazırda zamanla yarışır. Baş nazir Benyamin Netanyahu anlayır ki, ABŞ Prezidenti Donald Tramp istənilən an ona zəng edərək Livana qarşı əməliyyatların dayandırılmasını tələb edə bilər. Bu səbəbdən Netanyahu mümkün belə bir çağırışdan əvvəl Hizbullah təşkilatının Livandakı mövqelərinə daha çox zərbə endirməyə çalışır.
Bununla belə, ekspert vurğulayıb ki, əməliyyatların miqyası artıq sərhədləri xeyli aşıb və nəticədə Livanda mülki əhali arasında itkilərin sayı artmaqdadır. Bu isə beynəlxalq ictimaiyyətdə narahatlığı daha da gücləndirir.
Elxan Şahinoğlunun sözlərinə görə, İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsi fonunda İran da cavab addımları atır. Belə ki, rəsmi Tehran Hörmüz boğazından tankerlərin keçidini yenidən məhdudlaşdırıb.
Politoloq hesab edir ki, bütün bu amillər atəşkəsin son dərəcə kövrək olduğunu göstərir və bölgədə vəziyyətin yenidən genişmiqyaslı qarşıdurmaya çevrilmə ehtimalı qalmaqdadır.
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












