İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI

Fevralın 28-dən etibarən ABŞ-İsrail qüvvələrinin İrandakı rejimə, bu ölkənin sərvətlərinə qarşı başlatdığı hücum İslam Respublikasının bir sıra vəzifəli şəxslərinin ölümü ilə nəticələndi. Bu şəxslər arasında Əli Şamxani, Əli Laricani, kəşfiyyat naziri İsmayıl Xətib kimi əvvəlki Ali dini lider Əli Xameneiyə sadiq olanlar çoxluq təşkil edir. Qeyd olunan şəxslərin kütləvi şəkildə öldürülməsi beynəlxalq ictimaiyyətdə cavabları qeyri müəyyən olan suallar yaradıb. Bunlardan biri isə “İranın vəzifəli şəxslərinin ölməyi ölkənin mərkəzi sisteminə hansısa zərər vurur, yoxsa bu ölkədə sistem heç də şəxslərdən asılı deyil” mövzusudur.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, İranda baş verən bu hadisələr, yəni şəxslərin kütəvi şəkildə öldürülməsi rejimin dayaqlarını, əlbəttə ki, sarsıdır.

“Çünki, məsələn, Əli Laricaninin özü kifayət qədər İran siyasətində tanınmış bir fiqur idi və belə bir şəxsin öldürülməsi, əlbəttə ki, çox ciddi şəkildə problemlərə gətirib çıxaracaq. İran siyasətində təlatümə yol aça bilər. Yəni, Əli Laricaninin nüfuzunun ağırlığı İran siyasətində çox idi. Yəni, adam SEPAH yaranandan, onun komandanlığında təmsil olunub, daha doğrusu, baş komandanı olub.
Sonra mədəniyyət naziri vəzifəsində çalışıb ki, bu İran İslam Respublikasında çox mühüm vəzifədir. Laricani Milli Təhlükəsi Şurasına rəhbərlik edirdi, parlamentdə də rəhbər idi. Yəni, bu xüsusda belə bir şəxslərin öldürülməsi, əlbəttə ki, ciddi şəkildə problemlər yaradır.
Ancaq bir məsələ var ki, İran siyasəti şaxilənib. Yəni, İran siyasətində heç nə şəxslərdən asılı deyil, sistemasik olaraq dövr edir və artıq kimsə hətta ölməsə, sadəcə vəzifədən gedəcəksə, avtomatik onun yerinə gələcək şəxs artıq müəyyən olunub.
Məsələn, Əli Laricaninin yerinə kimin gələcəyi haqqında da, artıq həmin o xətti izlədikdə, açıq-aydın şəkildə belə bir təəssürat yaranır ki, İran Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə çox böyük ehtimalla Səid Cəlili gələcək. Bəli, baş verən kütləvi ölümlər rejimin dayaqlarını zəiflədir, ancaq ümumi şəkildə İranda hansısa bir çökməyə gətirib çıxaracağını gözləmək bir qədər sadəlövhlük olar. Hətta belə bir məlumat da veriblər ki, bütün şəxslərin - həm hərbi, həm mülki, həm də dini vəzifəlilərin hər birinə tapşırıq verilib ki, öz yerinə 7 nəfər varis təyin etsinlər. Yəni, ardıcıl şəkildə bu şəxslər öldükdən sonra həmin o 7 nəfər onları əvəz edəcək. Bu da istər-istəməz sistemin möhkəm dayaqlar üzərində qalmasına gətirib çıxarır. Düşünürəm ki, hansısa bir formada təsir etməyəcək, ancaq biz ənənəvi İran siyasətinin dəyişməsinin şahidi olacağıq.
Bu, həm də belə düşünürəm ki, mən bir təmizləmədir. Yəni, İran daxilində də bir təmizləmə sanki gedir. Çünki Əli Xamenei artıq hakimiyyətdən getdikdən sonra ona sadiq şəxslərin sanki vurulması müşahidə olunur.
Məsələn, Əli Şamxani, Əli Laricani, kəşfiyyat naziri İsmayıl Xətib Xameneinin çox yaxın şəxslər idi. Sanki bir təmizləmə aməliyyatı da gedir İranda. Çünki Xameneinin, komandasının həm hakimiyyətdən, siyasətdən, həm də həyatdan göndərilməsi prosesi gedir. Bu prosesdə daxili amillər varmı? Yəni, İran daxilində hakim komandadan buna təsirlər varmı? Bu haqda nəsə demək çətindir”.
Səfər
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınma həcmi 4 milyon tona çatıb - EKSPERT










