İrandakı müharibə necə nəticələnəcək? - SİYASİ ŞƏRHÇİ

ABŞ-İsrail və İran arasında gərginlik hələ də davam edir. Bu qarşıdurma təkcə hərbi deyil, eyni zamanda siyasi və geosiyasi maraqların toqquşması kimi qiymətləndirilir. Regionda baş verən hadisələr qlobal təhlükəsizlik və enerji bazarlarına da birbaşa təsir göstərir. Tərəflər arasında zaman-zaman artan təzyiq isə vəziyyəti daha da həssas və qeyri-müəyyən edir.
Maraqlıdır, bu gərginlik hansı həll variantına gətirib çıxaracaq və regionda sabitlik yenidən bərpa edilə biləcəkmi. Bu mövzu hələ də aktualdır və beynəlxalq səviyyədə geniş müzakirə olunur.
Məsələ ilə bağlı siyasi şərhçi Aydın Tağıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, hələ də Yaxın Şərqdə vəziyyət son dərəcə gərgin olaraq qalır:

“ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, Tehranın cavab raket hücumları ilə qarşılıqlı eskalasiya mərhələsinə keçib. Diplomatik kanallar açıq olsa da, tərəflər arasında etimadsızlıq böhranı böyüyür və nüvə obyektlərinin hədəf alınması ehtimalı regionu daha da riskli edir. Nüvə obyektləri və enerji infrastrukturu qarşılıqlı təhdidlərin mərkəzindədir. Bu, regionun təhlükəsizlik arxitekturasını daha da zəiflədir. Əgər tərəflər diplomatik kanalları gücləndirməsə, qarşıdurma daha geniş müharibəyə çevrilə bilər. Ötən bir neçə gün ərzində Yaxın Şərqdə ABŞ-İsrail-İran qarşıdurması qismən balans nöqtəsindədir. Bu bir tərəfdə diplomatiya cəhdləri, digər tərəfdə isə artan hərbi eskalasiya hərəkətində görnür. Bu vəziyyət bu cür davam edərsə həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır”.
Nurcan Babək
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












