İrandan Ermənistana YENİ TƏKLİF

İran Ermənistana təbii qaz tədarükünü artırmaq üçün yeni kommersiya modeli təklif edib. Avtosfer.az xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında keçirilən görüşün yekununda bildirilib. Paknejad qeyd edib ki, hazırda iki ölkə arasında enerji əməkdaşlığı "qaz müqabilində elektrik enerjisi" prinsipi əsasında həyata keçirilir. Bununla yanaşı, İran qaz ixracının həcmini artırmağa yönəlmiş alternativ kommersiya modeli təklif edib. Nazirin sözlərinə görə, tərəflər birgə işçi qrupunun yaradılması və onun fəaliyyətinə mümkün qədər tez başlanılması barədə razılığa gəliblər. Məqsəd növbəti danışıqlar raundunadək qiymətləndirilə biləcək konkret nəticələrin əldə olunmasıdır. Görüşdə enerji sahəsində əməkdaşlığın perspektiv istiqamətləri də müzakirə olunub. Bunlara ikitərəfli ticarətin genişləndirilməsi, texniki və mühəndislik xidmətlərinin ixracı, neft emalı güclərinin yaradılması və Ermənistana neft məhsullarının tədarükü daxildir.
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO












