İranın Hörmüz üçün - 12 maddəlik planı

İran Hörmüz boğazının idarə edilməsi üçün 12 maddədən ibarət yeni plan hazırladığını açıqlayıb və İsrail gəmilərinin boğazdan keçməsinə heç vaxt icazə verilməyəcəyini bildirib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İran Parlamentinin sədr müavini Əli Nikzad cənubdakı Bəndər Abbas şəhərindəki açıqlamasında planın əsas detalları barədə danışıb.
“Hörmüz boğazının idarəetmə planı 12 maddədən ibarətdir. Bu plana görə, İsrail gəmiləri və İranın düşmən hesab etdiyi ölkələrin gəmiləri müharibə təzminatı ödəmədikcə boğazdan keçə bilməyəcək. Digər gəmilər isə İran parlamentinin qanun və icazələrinə uyğun hərəkət edəcək”, - o qeyd edib.
Nikzad Hörmüz boğazının idarə edilməsinin İranın milli maraqları üçün mühüm olduğunu vurğulayıb: “Boğazın yeni idarəetmə forması neftin milliləşdirilməsi qədər vacibdir”.
İran Parlamentinin İctimai İşlər Komissiyasının rəhbəri Məhəmməd Rza Rzayi isə Hörmüz boğazından əldə olunan gəlirin bölüşdürüləcəyini açıqlayıb. Onun sözlərinə görə, gəlirin 30%-i silahlı qüvvələrin gücləndirilməsinə, 70%-i isə əhalinin həyat şəraitinin yaxşılaşdırılması və infrastruktur layihələrinə ayrılacaq.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












