İranın hücumları ABŞ-yə baha başa gəlib – Rəqəmlər açıqlandı

İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində ABŞ-nin Yaxın Şərqdəki hərbi və diplomatik obyektlərinə dəyən zərərin milyardlarla dollar olduğu bildirilir.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata görə, ümumi zərərin həcmi 2,2 milyard dollardan 5,1 milyard dollara qədər qiymətləndirilir. Ən ciddi zərərin Naval Support Activity Bahrain bazasına dəydiyi, yalnız bu obyektin bərpasının təxminən 400 milyon dollara başa gələcəyi iddia olunur.
Qəzet yazır ki, Vaşinqton bölgədəki hərbi mövcudluğunu yenidən nəzərdən keçirir. Müzakirə olunan variantlar arasında bəzi bazaların köçürülməsi, Fars körfəzi ölkələrində hərbi kontingentin azaldılması və qüvvələrin daha təhlükəsiz ərazilərdə yerləşdirilməsi də var.
Nəşrin iddiasına görə, mümkün yeni yerləşmə məkanlarından biri kimi İsrail də nəzərdən keçirilir. Hələlik bu məsələlərlə bağlı yekun qərarın qəbul olunmadığı bildirilir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












