İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ

ABŞ-nin Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatların nəticələri regionda ciddi siyasi dəyişikliklərə səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə politoloq Zeynal Əmrəliyev açıqlama verib.

Onun sözlərinə görə, baş verən proseslər nəticəsində İran daxilində hərbi və siyasi elitanın mühüm hissəsi sıradan çıxarılıb. Xüsusilə SEPAH ilə münasibətləri gərgin olan şəxslərin hədəf alındığı qeyd olunur.
Politoloq qeyd edir ki, ölkənin ali rəhbəri Əli Xamenei vəfat edib və onun yerinə oğlu gətirilib. Regionda baş verən dəyişikliklər çərçivəsində Hörmüz boğazı üzərində nəzarət və iqtisadi dividentlərlə bağlı yeni balans formalaşıb. Bəzi ölkələr, o cümlədən Oman bu proseslərdən müəyyən iqtisadi faydalar əldə edə bilər.
Politoloq hesab edir ki, hazırkı mərhələdə ABŞ bu münaqişədən ciddi strateji qazanc əldə etməyib. Əksinə, Vaşinqton regionda, xüsusilə Körfəz ölkələri ilə münasibətlərdə müəyyən nüfuz itkisi ilə üzləşib. Bu fonda Çinin mövqelərinin gücləndiyi və yaxın illərdə Körfəz ölkələri üçün əsas tərəfdaşlardan birinə çevrilə biləcəyi ehtimal olunur.
Zeynal Əmrəliyev əlavə edib ki, baş verən hadisələr ABŞ Demokratlar Partiyası daxilində də siyasi proseslərə təsir göstərə bilər. Onun fikrincə, gələcək seçkilərdə ABŞ-də daxili siyasi balansın dəyişməsi ehtimalı var.
Politoloq sonda vurğulayıb ki, bu münaqişənin nəticələri hələ tam formalaşmayıb və gələcəkdə regionda yeni geosiyasi reallıqların yaranması mümkündür. Onun sözlərinə görə, baş verənlər ABŞ-nin son onilliklərdə iştirak etdiyi ən mübahisəli hərbi proseslərdən biri kimi qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












