İranlı deputat azərbaycanlıları təhqir etmiş farslara münasibət bildirdi - VİDEO

Cənubi Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri iki gün əvvəl baş tutmuş “Persepolis” – “Traktor Sazi” qarşılaşmasında yaranan xoşagəlməz hala münasibət bildirib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, o, qanuna görə, ölkənin Baş Prokurorluğunun “Persepolis”ə qarşı vəsatət qaldırmalı və təhqirə yol verənlərin cəzalanmalı olduğunu bildirib: “Əvvəlcədən elan olunmuşdu ki, stadionda təhqirə yol verilərsə, oyun dayandırılacaq. “Persepolis” tərəfdarları təhqirə başladı, lakin oyun dayandırılmadı. Stadionun ümumi aurası və hakimin yanaşması “Traktor Sazi” komandasına qarşı yönəlmişdi. Şəkillərdə göründüyü kimi, ofsayd qərarı düzgün deyildi. Hakim bu barədə məşvərət edib, “Traktor Sazi”nin vurduğu qolu qəbul etməli idi. Bu vəziyyətdə “Traktor Sazi” yenə də bir xal qazandı. Buna görə komandaya təşəkkür etmək lazımdır. Böyük Azərbaycan millətinin təhqir olunması qəbuledilməzdir. Təhqir edənlər isə qarşılığını almalıdır. Ölkənin Baş Prokurorluğu böyük Azərbaycan milləti tərəfindən “Persepolis”ə qarşı vəsatət qaldıraraq təhqirə yol verənləri cəzalandırmaqla belə hərəkətlərin təkrar olunmasının qarşısını birdəfələlik almalıdır”. Qeyd edək ki, qolsuz heç-heçə başa çatmış “Persepolis” – “Traktor Sazi” görüşü zamanı Tehran klubunun şovinist fars tərəfdarları Azərbaycan-türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirib, eləcə də Qarabağın əsl adının “Artsax” olduğunu bildirərək, əllərində pankartlar qaldırıblar. Bu videodan da göründüyü kimi özlərini “azəri” adlandıran üç nəfər stadionda Qarabağın Ermənistan ərazisi olduğunu qışqıracaqlarını bildirir.
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR








