İş saatlarının dəyişdirilməsi tıxacları azaldacaq? – Ekspertdən AÇIQLAMA

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, tıxacın qarşısını almaq üçün nəzərdə tutulan addımlardan biri də məhz budur:

"Yəni bu, qeyri-adi və ya yeni bir məsələ deyil. Artıq iki ildir ki, dövlət proqramında öz əksini tapmış bir mövzudur. Hörmətli deputatın buna toxunmaması sadəcə diqqətdən yayınmış ola bilər. Amma mövzu etibarilə bu, yeni deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dövlət qurumları bu sistem üzərində işləməli, iş qrafiklərinin dəyişdirilməsinin hansı nəticələr doğura biləcəyini araşdırmalıdırlar. Bunun hansı üstünlükləri və çatışmazlıqları ola bilər, xeyri daha çox olacaq, yoxsa zərəri – bütün bunlar ətraflı şəkildə təhlil edilməlidir. Dövlət proqramında da birbaşa olaraq qeyd olunmayıb ki, bütün bu məsələlər dərhal tətbiq edilsin. Orada göstərilir ki, bu istiqamətdə tənzimləmə aparılmalıdır. Bunun üçün araşdırma və təhlil vacibdir. Otaqda oturub qərar qəbul etməklə və ya parlamentdə sadəcə düymə basmaqla məsələ həll olunmur. Real vəziyyət öyrənilməli, atılacaq addımların nəticələrinin nə dərəcədə faydalı və ya problemli ola biləcəyi qiymətləndirilməlidir".
Ekspert qeyd etdi ki, burada söhbət həm təhsil müəssisələrindən, həm tibb müəssisələrindən, həm də müxtəlif iş yerlərindən gedir.
"Buraya özəl və qeyri-dövlət təşkilatları ilə yanaşı, dövlət qurumları və iri müəssisələr də daxildir. Eyni zamanda, müxtəlif zonalar nəzərə alınmalıdır. Elə ərazilər var ki, iş saatlarının başlanması və ya bitməsi vaxtının dəyişdirilməsi heç bir ciddi təsir göstərməyəcək. Amma elə zonalar da var ki, həmin dəyişikliklərin tətbiqi həqiqətən zəruridir və müsbət nəticə verə bilər".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












