İş yerində münaqişə orqanizmə necə təsir edir?

ABŞ-ın Portlend dövlət universitetinin alimləri iş yerində münaqişə və neqativ münasibətlərlə psixoloji xəstəliklərin inkişafı arasında qarşılıqlı əlaqəni üzə çıxarıb. Avtosfer.az oxu.az-a istiandən xəbər verir ki, bu haqda “Occupational Health Science” jurnalında elmi məqalə dərc olunub. Eksperimentdə bir şirkət və ya müəssisədə çalışan 305 heteroseksual cütlük iştirak edib. Respondentlər iş yerində həmkarlarının etinadsız yanaşması, qıcıqlandırıcı şərhləri və replikaları ilə tez-tez üzləşib-üzləşmədiyi ilə bağlı sualı cavablandırıb.
Bundan başqa, psixoloqlar sınaqda iştirak edənlərin belə hallarla üzləşdikləri vaxt gündə neçə dəfə kofein qəbul etdiklərini və digər təfsilatları öyrənməyə çalışıb.
Məlum olub ki, insanın işdə baş vermiş münaqişələr haqqında qeyri-iş vaxtında düşünməsi yuxusuzluq simptomlarının inkişafına yol açır. Üstəlik, alimlər onu da xüsusi olaraq qeyd edirlər ki, yuxu ilə bağlı problem həmin şəxsin həyat yoldaşı və ya onunla yatağı bölüşən şəxsə (eyni yerdə işlədikləri təqdirdə) də sirayət edir.
Bu, onunla əlaqədardır ki, eyni şirkətdə çalışan cütlüklər kollektivdə baş verənlərlə bağlı məlumatlı olur və sevgilisinin və ya həyat yoldaşının barəsində giley-güzar etdiyi şəxsi yaxşı tanıyır. Bu, onların evdə olanda da iş yerində baş vermiş münaqişəyə “köklənməsinə” səbəb olur.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










