İşdən çıxarılan bağban dəhşəti: arvad ölüb, əri ağır yaralanıb - VİDEO

Bakıda yol polisi qətl hadisəsinin üstünü açıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımının əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən "Range Rover" markalı avtomobilin sürücüsünün özünü şübhəli aparması onların diqqətini çəkib. Yol Polisi əməkdaşları maşına "saxla" əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməyi ilə "Range Rover"i saxlamaq mümkün olub.
Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar: maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.
Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həkimlər onun vəziyyətinin ağır kimi qiymətləndiriblər.
Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən onların bağlarında işləyən bağbandır.
Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə, o, məlum hadisəni törədib daha sonra onları öz avtomobilləri ilə apararaq meyitlərini gizlətmək istəyib.
Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO














