İşdən çıxarılan nazirin Londondakı dəbdəbəli həyatı, bahalı avtomobili - FOTO

Son günlərin ən çox müzakirə olunan mövzusu keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun vəzifəsindən azad olunmasıdır. Avtosfer.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə nazir Heydər Əsədovun istefaya göndərilməsinin əsas səbəbi onun oğlu ilə bağlı olub. Keçmiş nazirin oğlu Asif Əsədzadə atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ərəb şeyxlərinin sürə biləcəyi ən bahalı avtomobillərə sahibdir. Hətta xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxlərilə rəqabətə girdiyini də dilə gətirirlər. Ötən il xarici mətbuatın gündəmini zəbt edən Asif Əsədzadə Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə Böyük Britaniyanın paytaxtında hərəkət edən maşınının videogörüntüləri artıq internetdə geniş yayılıb. Görüntülərdən görmək mümkün olur ki, 90 HO 505 dövlət nömrə nişanlı “Porsche”nin dayandığı küçədə kifayət qədər bahalı olan maşınlar da var.
Bu xəbər KİV-lərdə yayımlandıqdan sonra Heydər Əsədov narahat olmağa başladı. Və bu məsələdən xəbər tutan ölkə başçısı İlham Əliyev dərhal Heydər Əsədovu istefaya göndərdi.
Onu da qeyd edək ki, ümumilikdə isə London hər zaman dünya, eləcə də azərbaycanlı milyonerlər üçün sevimli məkan olub.



Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












