İşlədiyi evdən oğurluq edən fəhlə tutulub - FOTO

Tərtər rayonunda oğurluq hadisəsi baş verib. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Tərtər rayon Hüləbətli kənd sakini Rübabə Cəlilova rayon Polis şöbəsinə müraciət edərək evindən ümumi dəyəri 3 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib. Bununla əlaqədar Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Aparılan axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar zamanı onun ev sahibinin həmkəndlisi Yusif Əsgərov olduğu məlum olub. Dindirilmə zamanı o, oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Y.Əsgərov oğurluğu evdə fəhlə kimi işlədiyi zaman etdiyini bildirib.
Faktla bağlı Tərtər RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












