İşlənmiş avtomobillərdə təhlükəsizlik yastığı işləmir - VİDEO

Avtomobillərin təhlükəsizlik yastıqlarının işləyib-işləmədiyini müəyyənləşdirmək çətin olduğundan maşın satanlar adətən məhz bu məsələdə alıcıları aldadırlar. Bu vəziyyət işlənmiş avtomobil bazarında xüsusilə aktualdır. Bəzən vətəndaşlar aldıqları avtomobili ustada yoxlatdırdıqda məlum olur ki, hava yastıqları ya işlək vəziyyətdə deyil, ya da ki, ümumiyyətlə yoxdur. Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, təcrübədə dəfələrlə olub ki, təmir məqsədilə gətirilən maşının şüşə hissəsini düzəldən zaman avtomobildə hava yastıqlarının olmadığını görüb. Halbuki sürücü avtomobili alarkən ona hava yastıqlarının qaydasında olduğu bildirilib. Üstəlik, bu elə problemdir ki, onu diaqnostika ilə müəyyənləşdirmək də mümkün deyil. Sahil Ağabəyli deyir ki, hava yastıqları avtomobilin bahalı detalı olduğundan bu, həmin maşının qiymətinə də təsir etməlidir. Həmçinin hava yastıqları təhlükəsizliklə bağlı ehtiyat hissəsi olduğundan sürücülər bu məsələyə xüsusi əhəmiyyət verməlidir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












