İsmayıllı sakini qeyri-adi velosiped düzəldib - VİDEO

İsmayıllı sakini ikinəfərlik, qeyri-adi velosiped düzəldib. Velosipedin qeyri-adiliyi ondadır ki, əks istiqamətdə oturan 2 nəfər də pedalları öz istiqamətlərinə doğru hərəkət etdirir. Avtosfer.az-ın məlumatına görə, qeyri-adi velosipedi İsmayıllı sakini Əli İmamverdiyev düzəldib. Velosipedin bu vəziyyətə gətirilməsi üçün 2 sükan, 2 təkər, 2 çərçivə, 2 oturacaq, 3 zəncir və 4 pedaldan istifadə edilib. Birinci zəncir 1-ci pedaldan 1-ci dartıcı qutuya, 2-ci zəncir isə 1-ci pedaldan 2-ci pedala keçməsi üçün istifadə edilir. Üçüncü zəncir isə 2-ci pedaldan 1-ci pedala əks tərəfə birləşir. Həmin zəncirlər birləşərək 1,5 metr uzunluğunda ümumi dövrə əmələ gətirir. Velosipeddə eyni anda 2 nəfər oturaraq biri arxa, digəri isə ön tərəfə baxır. Hərəkət istiqaməti isə eynidir. Yeni vasitə görənlərin də marağına səbəb olur. Velosipedin hazırlanmasına təxminən 300 manat sərf olunub. Velosipedin uzunluğu 2 metrdən bir qədər çoxdur. Əli İmamverdiyev deyir ki, gələcəkdə bu vasitəni daha da təkmilləşdirəcək.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










