İsmayıllıda cəmi 1 həkim olan xəstəxana - VİDEO

İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa edilərək müasir avadanlıqlarla təchiz olunan xəstəxana olsa da, burada həkim yoxdur. Xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşındadır. Sakinlər həkim çatışmazlığından əziyyət çəkirlər. 1968-ci ildən bəri Lahıc qəsəbəsi ilə yanaşı, 15-dən çox kəndin sakinləri bu xəstəxanaya müraciət edir. Xəstəxananın yeganə həkimi olan 81 yaşlı Sədrəddin İsgəndərov müraciət edən bütün xəstələri özü qəbul edir. Həkim hətta hamilə qadınların müraciətlərini də geri çevirmir. Təcrübəli həkim deyir ki, bu xəstəxananın baş həkimi də, travmatoloqu da, tibb işçisi də, mama-ginekoloqu da özüdür. Xəstəxananın həkim sarıdan korluq çəkməsi isə ən çox kənd sakinlərini narahat edir. Məsələyə Səhiyyə Nazirliyi də münasibət bildirib. İndi kənd sakinləri belə müasir xəstəxanaya gəlib işləyəcək fədakar həkimlərin yolunu gözləyir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












