İsmayıllıda sel avtomobil körpüsünü dağıtdı: kəndlə əlaqə kəsilib

İsmayıllı rayonunun Qalacıq kəndində avtomobil körpüsünün uçması nəticəsində kəndin rayonla əlaqəsi kəsilib. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Sumağallı və Qalacıq kəndlərini birləşdirən avtomobil yolunun 7-ci kilometrliyində, Qalacıq çayı üzərində olan avtomobil körpüsü selin təsiri nəticəsində dağılaraq yararsız hala düşüb. 1970-ci ildə yerli əhali tərəfindən tikilən körpü əsaslı təmir olunmadığına görə, son günlər Qalacıq çayına gələn güclü sel nəticəsində dağılıb. Nəticədə kənd əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Alternativ yolun açılması üçün qısa vaxtda lazımi işlər görülüb, əhalinin gediş-gəlişi təmin edilib. Hadisə yerinə mütəxəssislər baxış keçirib. Mütəxəssislərin rəyindən sonra dağılan avtomobil körpüsünün yenidən qurulması və ya bərpa edilməsi üçün işlərə başlanılacaq.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












