İsmayıllıda torpaq sürüşməsi baş verib - FOTO
Gündəm
16 Oktyabr 2018 14:51

Fərdi yaşayış evlərindən birində yaşamaq təhlükəli olduğundan ailə qohumlarının evinə köçürülüb
Son günlər İsmayıllı rayonunda yağan yağışdan sonra torpaq sürüşməsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Qoydan kəndi ərazisində torpaq sürüşməsi aktivləşərək geniş ərazini əhatə edib. Evlərin divar və döşəmələrində irili-xırdalı çatlar əmələ gəlib. Bundan başqa, əhalinin su təsərrüfatına, eləcə də meyvə bağlarına, yaşayış evlərinə ziyan dəyib. Kəndin şimal hissəsindəki dağ yamacından axan torpaq kütləsi bir neçə evi qəzalı vəziyyətə salıb. Nəticədə fərdi yaşayış evlərindən birində yaşamaq təhlükəli olduğundan ailə qohumlarının evinə köçürülüb. İsmayıllı rayon Fövqalədə Hallar Komissiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri sürüşmə baş verən ərazilərə baxış keçiriblər.
Oxunub : 1059
DİGƏR XƏBƏRLƏR
17 Oktyabr 2026 14:00
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
17 Oktyabr 2026 13:14
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
16 Oktyabr 2026 20:14
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
16 Oktyabr 2026 18:03
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
16 Oktyabr 2026 17:16
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
16 Oktyabr 2026 13:18
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
16 Oktyabr 2026 12:00
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
16 Oktyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI
15 Oktyabr 2026 18:35
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
15 Oktyabr 2026 18:05
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
15 Oktyabr 2026 17:46
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
ŞƏRH YAZ


















