İspaniyada intensiv yağıntılar: 1 ölü, 1 nəfər isə itkin düşüb

İntensiv yağışlar İspaniyanın Valensiya və Alikante əyalətlərində ciddi fəsadlar törədib. Vivero şəhərində bir nəfər həlak olub, Ondarroa sakini isə itkin düşüb. Bu əyalətlərdə 136 min şagirdin məktəbə gedə bilmədiyi və Valensiyanın Qandiya limanının bağlandığı bildirilir. Vivero meri Mariya Lureyro bildirib ki, təbii fəlakətin fəsadlarını daha dəqiq müəyyən etmək üçün şəhərin hakimiyyət orqanları daxil olan məlumatları təhlil edir. Ən intensiv yağışlar Valensiyanın cənubunda və Alikantedə qeydə alınıb. Dövlət Meteorologiya Agentliyinin məlumatına görə, Alikante əyalətində yağıntıların miqdarı hər kvadrat metrə 100 litr, Sueka və Alqemesidə isə müvafiq olaraq 84,4 və 82 litr təşkil edib. Bunun nəticəsində Valensiyanın cənubunda və Alikantedə əlillər üçün mərkəzlər və qocalar evlərində insanların küçələrə çıxmaması məqsədilə tədbirlər görülüb. Mursiyada yolları su basıb, yetmiş tələbənin olduğu avtobus Kartaxena bələdiyyəsi ərazisində daşqınların əsirinə çevrilib. Dövlət Meteorologiya Agentliyi yaxın günlərdə Qalisiya və Əndalusun qərbində əvvəlkindən daha az intensiv yağışların olacağı barədə xəbərdarlıq edib.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










