İsrail İranın ABŞ ilə nüvə razılaşmasına maneə yaradır - EKSPERT

İran–İsrail münasibətləri yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Regionda artan qarşılıqlı ittihamlar, sərt bəyanatlar və mümkün hərbi ssenarilər Yaxın Şərqdə təhlükəsizlik mühitini daha da həssas edib. Eyni zamanda diplomatik kanalların tam bağlanmadığı, xüsusilə nüvə məsələsi ətrafında müəyyən təmasların davam etdiyi müşahidə olunur. Proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi, gərginliyin açıq qarşıdurmaya çevrilib-çevrilməyəcəyi, yoxsa tərəflərin diplomatik həll yoluna üstünlük verəcəyi hazırkı mərhələdə əsas sual olaraq qalır.
Məsələ ilə bağlı siyasi ekspert Kənan Novruzov Avtosfer.az-a açıqlamasında bildirib ki, İran–İsrail gərginliyi artsa da, tərəflər birbaşa müharibədən çəkinir və prosesin diplomatik danışıqlar və ya məhdud eskalasiya istiqamətində davam etməsi ehtimal olunur:

“İran-İsrail arasında müharibə ehtimalı getdikcə artır və görünən odur ki, İsrail birbaşa və daha çox ABŞ vasitəsilə İranla qarşıdurma və eskalasiyada maraqlıdır. İran və ABŞ isə belə bir müharibəni istəmir, çünki bu müharibə nə İrana, nə də ABŞ-a sərf edir. Daha çox tərəflər diplomatik formatda nüvə dosyesi üzrə razılığa gəlməyə cəhd edirlər. Elə buna görə də, ABŞ mümkün eskalasiyanı uzadır. Əslində ABŞ üçün İrana hücum etmək o qədər də çətin deyil. Amma ABŞ də bilir ki, İran ərəb dünyası ilə bağlı məsələlərdə onun üçün müəyyən mənada lazımdır. İran isə anlayır ki, ABŞ hücum edərsə, müharibənin altından çıxa bilməyəcək. Lakin İsrail suları bulandırır, xaos yaratmağa və ABŞ ilə İranı üz-üzə qoymağa çalışır. 12 günlük müharibə ərəfəsində ABŞ və İran nüvə dosyesi ilə bağlı razılaşmaya çox yaxın idilər. İsrail isə İrana hücum etməklə bu ehtimalı minimuma endirməyə çalışırdı. ABŞ prosesə müdaxilə edərək müharibəni dayandırdı. İndi də İsrail eyni addımı ata və İrana hücum edə bilər. ABŞ-ın birbaşa İrana hücum edəcəyi ehtimalını olmaya bilər amma İsrail vasitəsilə müəyyən eskalasiya mümkündür”.
Nurcan Babək
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












