İsraildən erməniləri məyus edəcək qərar

İsrail parlamenti (Knesset) 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin qondarma erməni soyqırımı kimi tanınmasına dair qanun layihəsi üzrə səsverməni təxirə salıb. Avtosfer.az "Globalinfo"ya istinadən xəbər verir ki, bu barədə “Jerusalem News Syndicate” nəşri məlumat yayıb.
Agentliyin məlumatına görə, qərar İran ətrafında gərginləşən regional vəziyyət fonunda, həmçinin Türkiyədə keçirilən NATO sammitindən qısa müddət sonra qəbul edilib. Bildirilir ki, sammit zamanı Ankara ABŞ Prezidenti Donald Trampı Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləməyə çağırıb.
İsrail rəsmisi nəşrə bildirib ki, parlamentdə nəzərdə tutulan səsvermə dayandırılıb. Bu həftə Knesset yay tətilinə çıxır və oktyabrın 27-nə təyin edilən növbəti milli seçkilərə qədər parlament iclasları keçirilməyəcək.
Xatırladaq ki, iyun ayında İsrail Nazirlər Kabineti Türkiyə ilə münasibətlərin kəskin pisləşməsi fonunda 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan təşəbbüsü yekdilliklə təsdiqləyib. Qanun layihəsinin qüvvəyə minməsi üçün onun Knessetdə yekun təsdiqdən keçməsi tələb olunurdu.
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi












