İstanbul derbisi yarımçıq dayandırıldı: Baş məşqçinin başı yarıldı

Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Fənərbaxça” ilə “Beşiktaş” arasında keçirilən cavab görüşü yarımçıq dayandırılıb. Avtosfer.az xəbər verir ki, buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub.
İlk dəqiqələrdən aqressiv davranışları ilə diqqət çəkən fanatlar durmadan meydana kənar əşyalar atıblar. 57-ci dəqiqədə isə hədəfdə “Beşiktaş”ın ehtiyat oyunçular skamyası olub. Nəticədə başından xəsarət alan “ağ-qaralar”ın baş məşqçisi Şenol Günəş meydançanı tərk edib. Başı yarılan Günəşə dərhal ilkin tibbi yardım göstərilib və başına 5 tikiş qoyulub.
Oyunu yarımçıq dayandıran baş hakim Mete Kalkavan bir müddət köməkçiləri ilə birlikdə baş verənləri seyr edib. Lakin çox keçmədən referilər və futbolçular da koridorun yolunu tutublar. Ancaq paltardəyişmə otağına yollanan oyunçular stadionun tunelində əlbəyaxa həddinə gəliblər. 57-ci dəqiqədə hesab 0:0 olarkən Mete Kalkavan qarşılaşmanı təxirə salıb.
Qeyd edək ki, “Beşiktaş”ın müdafiəçisi Pepe görüşün 30-cu dəqiqəsində kobud hərəkətə görə qırmızı vərəqə almışdı. Komandalar arasında baş tutan ilk qarşılaşmada 2:2 hesablı bərabərlik qeydə alınıb.
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










