İstanbulda dəniz reysləri təxirə salınıb
Gündəm
25 Dekabr 2018 11:33
Oxunub 788

Səbəb güclü külək və leysan xarakterli yağışın olmasıdır
İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.
Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və leysan xarakterli yağışın olmasıdır, dənizdə hündür dalğaların da müşahidə olunduğu bildirilir.
Bundan başqa, Bursada da dəniz reysləri eyni səbəbdən dayandırılıb.
Qeyd edək ki, dəniz reyslərinin təxirə salınması ötən gündən başlayıb. Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













