İsti hava avtomobilə necə təsir edir? – Usta AÇIQLADI

Havanın temperaturunun yüksəlməsi avtomobillərin texniki vəziyyətinə də təsir göstərir. Xüsusilə uzun məsafə qət edən və gün ərzində intensiv istifadə olunan avtomobillərdə bəzi nasazlıqların yaranma ehtimalı artır.
Avtosfer.az xəbər verir ki, güclü isti mühərrikin soyutma sistemi, akkumulyator, təkərlər və digər texniki hissələrə əlavə yük yarada bilər.
Belə havalarda yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, xüsusilə soyuducu mayenin, mühərrik yağının və təkərlərin vəziyyətinə diqqət yetirilməsi vacibdir. Bəs isti havalarda avtomobillərdə hansı texniki problemlər daha çox yaranır?
Mövzu ilə bağlı maşın ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, hava şəraitinin çox isti olduğu günlərdə avtomobillərdə bir sıra texniki problemlər yarana bilər:

"Xüsusilə uzun məsafə qət edən sürücülər avtomobilin mayelərinə və təkərlərin vəziyyətinə diqqət yetirməlidirlər. Avtomobillərin soyutma sistemində sudan istifadə etmək düzgün deyil. Mühərrik antifrizlə işlədilməlidir. Eyni zamanda təkərlərin havası da isti havalarda nəzarətdə saxlanılmalıdır. Çünki yüksək temperatur təkərlərin daha çox isinməsinə və nəticədə partlama riskinin artmasına səbəb ola bilər.
Uzaq rayonlara gedərkən, xüsusilə avtomobillə yoxuş qalxarkən mühərrikə əlavə yük düşür. Belə hallarda kondisionerdən intensiv istifadə mühərrikin qızmasına səbəb ola bilər. Buna görə də avtomobilin temperatur göstəricisinə diqqət etmək vacibdir. Güclü isti mühərrikə, akkumulyatora və soyutma sisteminə də təsir göstərir. Mühərrikin temperaturunun həddindən artıq yüksəlməsi, yağ sızmaları və qızma kimi problemlər yarana bilər.
Keyfiyyətsiz antifrizdən istifadə isə radiatorun və termostatın sıradan çıxmasına gətirib çıxara bilər. İsti havalarda kondisioner sistemində də müxtəlif nasazlıqlar yarana bilər. Bundan başqa, əyləc sisteminin hissələri, xüsusilə əyləc diskləri və supportlar avtomobildən intensiv istifadə zamanı daha tez qızaraq sıradan çıxa bilər. Bu isə əyləcləmə zamanı problemlərin yaranmasına və əyləc məsafəsinin artmasına səbəb ola bilər".
Fatimə
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












