İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?

Hüquq-mühafizə və istintaq sistemində aparılan struktur dəyişiklikləri dövlət idarəçiliyinin daha səmərəli təşkili, resurslardan düzgün istifadə və hüquqi mexanizmlərin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə müxtəlif qurumlar daxilində paralel fəaliyyət göstərən istintaq strukturlarının optimallaşdırılması məsələsi son illərdə bir çox ölkələrdə müzakirə olunan islahat istiqamətlərindən biridir. Azərbaycanda da bu istiqamətdə yeni təşəbbüslər gündəmə gəlib. Belə ki, Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi nəzdində fəaliyyət göstərən istintaq idarələrinin birləşdirilərək vahid istintaq qurumunun yaradılması planlaşdırılır.
Belə dəyişikliklər hüquqi sistemin institusional quruluşu, istintaqın müstəqilliyi, prosedur qaydalarının tətbiqi və maliyyə resurslarının bölüşdürülməsi baxımından da geniş müzakirə mövzusuna çevrilir. İstintaq orqanlarının strukturunun yenidən təşkili yalnız hüquqi deyil, həm də inzibati və maliyyə aspektlərdən qiymətləndirilməli olan kompleks bir məsələ kimi diqqət çəkir.
Məsələ ilə bağlı hüquqşünas Kamandar Hüseynov Avtosfer.az-a açıqlamasında istintaq idarələrinin birləşdirilərək vahid istintaq qurumunun yaradılmasını hüquqi baxımdan qiymətləndirərək bildirib ki, idarələrin vahid qaydada birləşdirilməsi daha məqsədəuyğundur:

“Çünki istənilən halda bu orqanların fəaliyyət istiqaməti və funksiyalarında kəsişən nöqtələr var. Gömrük fəaliyyətinin içərisində vergi xidməti fəaliyyəti də var və gömrük vergi orqanının səlahiyyətlərini icra etmiş olur. Ona görə də, bu istintaq idarələrini birləşməli, yeni vahid istintaq idarəsi yaradılmalı və idarə tərkibində vergi istintaqı şöbəsi, gömrük istintaqı şöbəsi və fövqəladə halları üzrə istintaq şöbələri yaradılmalıdır. Bunun üçün hər bir qurumun nizamnamə və normativ aktlarında ciddi dəyişiklik edilməli, qanunvericilikdə yenilənmə olmalıdır”.
İqtisadçı Natiq Cəfərli isə deyib ki, maliyyə cəhətdən belə addımın atılması büdcəyə qənaətdir:

“İstintaq orqanlarının birləşdirilməsi yaxşıdır. Birincisi, məntiq yox idi. Vergi daxilində olan hansısa cinayəti verginin öz istintaq idarəsi araşdırırdı. Gömrükdə də belə hallarda gömrüyün daxilində istintaq aparılması maraq toqquşmalarına gətirib çıxarırdı. Müstəqil, heç kimdən və heç bir qurumdan asılı olmayan istintaq idarəsinin yaradılması həm büdcəyə qənaətdir, həm də doğru istiqamətdir. Sadəcə, burada həmin qurum üzərində ciddi vətəndaş nəzarəti olmalıdır: həm parlament nəzarəti, həm də ictimai nəzarət. Bu, onların öz səlahiyyətlərindən sui-istifadə etməsinin qarşısını almaq üçün vacibdir”.
Nurcan Babək
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA












