İstintaq təcridxanasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında psixotrop və narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələrinə əsasən 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rzayev Mürvət Fətulla oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Sumqayıt şəhəri, Köhnə Corat qəsəbə sakini Sənan Tasim oğlu Abdullayevin üzərinə baxış keçirilən zaman ayağında olan bint sarğısının içərisində xüsusi üsulla gizlədilmiş bükümdən çəkisi 0,050 qram psixotrop preparat - metamfetamin, 0,831 qram heroin və 1,726 qram tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












