İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, sentyabrın 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilsə də, sentyabrın 16-da gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində gündüz saatlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək. Aran rayonlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. Naxçıvan MR-da, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək. Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi sentyabrın 16-da mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










