İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Avtosfer.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırır ki, hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu dağətəyi rayonlarda 34-39, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 36-41 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında anomal isti, günəşli hava şəraiti olacaq. Havanın maksimal temperaturu 37-41, bəzi yerlərdə 43 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 37-42 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, anomal isti, günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub küləyi əsəcək. Havanın maksimal temperaturu 37-41 dərəcə isti təşkil edəcək.
Qeyd edək ki, iyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












