İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda gündüz, əsasən, yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda 9-14 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 11-16 dərəcə isti təşkil edəcək. Aran rayonlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 7-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək. Nazirlik paytaxt qonaqlarının nəzərinə çatdırır ki, oktyabrın 6-sı gündüz, 7-si gün ərzində havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-21 dərəcə isti təşkil edəcək.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










