İstixanada yetişdirilən 10 kilo marixuana: Ailə üzvlərimə gül olduğunu demişdim...

Narkotik vasitələrin istifadəçisi olan Türkan qəsəbə sakini həyətindəki istixanada marixuana becərib, amma ondan istifadə edə bilməyib. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik bitkilərin kultivasiyasında ittiham olunan 28 yaşlı Ağəli Nadirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İttihama görə, A.Nadirov Xəzər rayonu, Türkan qəsəbəsində həyətyanı sahədəki istixanada narkotik vasitə olan çətənə bitkisi yetişdirib və kultivasiya edib. Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının iyunun 28-də gecə saatlarında A.Nadirovun yaşadığı həyətdəki istixanaya baxış keçiriblər. Polis əməkdaşları baxış zamanı istixanadan (ümumi çəkisi 9 kq 65 qram) 51 ədəd çətənə kolu aşkar ediblər. Törətdiyi cinayət əməlinə görə A.Nadirova Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən A.Nadirov ifadəsində baş ağrıları olduğundan son bir ildə narkotik vasitələrdən istifadə etdiyini göstərib. Yaşadığl evin həyətindəki istixananın bir hissəsinə reyhan əkən A.Nadirov digər hissəsinə çətənə toxumları səpib. Onlara aqrotexniki qaydada qulluq edib. Vaxtlı-vaxtında suvarıb, diblərini yumşaldıb. Əkdiyi çətənə toxumlarından 51 ədədi bitib. Bundan həvəslənən A.Nadirov onlara qulluq göstərməyə davam edib. Amma Türkan sakinini polisə "satıblar" və bu il iyunun 26-da gecə saat 3 radələrində polislər onların qapısını döyüb. Narkotik vasitə əkib-becərməsi barədə məlumatları olduğunu deyərək istixanaya baxış keçiriblər: "Etiraf etməkdən başqa çıxış yolum yox idi. Polislərə çətənə kollarını göstərdim, protokol tərtib etdilər, məni tutub aparacaqlarından qorxub qaçdım. Polislər arxamca qaçsalar da, qaranlıq olduğundan tuta bilmədilər. Ertəsi gün səhər saatlarında iki polis əməkdaşı evə gəlib məni apardılar. Çətənə kollarını özüm əkib qulluq etmişəm, ailə üzvlərinə onların gül olduğunu deyib aldatmışam".
Şahid qismində dindirilən Adil Nadirov ifadəsində oğlunun narkotik istifadəçisi olduğundan, istixanada çətənə kolları yetişdirməsindən xəbərsiz olduğunu deyib: "Həyat yoldaşım da, mən də təqaüdçüyük. Ağəli bizim yeganə oğul övladımızdır, üç övlad atasıdır. Ağəli istixanada müxtəlif tərəvəz bitkiləri əkib becərir, satırdı. Onun istixanada çətənə əkməsindən xəbərim olmayıb. Narkotik vasitədən istifadə etdiyini bilməmişəm. Tez-tez başı ağrayırdı. Mərdəkanda "psixi uçotda" olub". Məhkəmə prosesi davam edir.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










