İtaliyanın ən qoca mafiya başçısı həbsxanada vəfat edib - FOTO

İtaliyada ən qoca məhkum Françesko Barbaro 92 yaşında vəfat edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, o, Parma şəhərindəki həbsxanada dünyasını dəyişib. Françesko Barbaro Parmadakı ciddi rejimli həbsxanada cəza çəkmək şərtilə azadlıqdan ömürlük məhkum olunub. Məhkum ölümündən bir neçə gün əvvəl səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Barbaro İtaliyanın cənubundakı Kalabrii vilayətindəki "ndranqeti" klanının rəhbəri olub. Bu klan bütün dünyada, o cümlədən Latın Amerikası və Avstraliyadakı cinayətkar aləmə rəhbərlik edib. O, 1980-ci ildə insan oğurluğu ilə məşğul olub və sonra narkotik ticarətinə nəzarət etməyə başlayıb. Barbaro bu əməllərinə görə azadlıqdan 20 il məhkum edilib. 2013-cü ildə azadlığa buraxılan keçmiş məhkum polis əməkdaşını qətlə yetirdiyinə görə yenidən həbs edilib. Onun hər iki oğlu da həbsxanada cəza çəkir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO














