İtən etibarnamələrinizi buradan tapa bilərsiniz

“Təmiz Şəhər” ASC aprel ayının 27-də “Azərpoçt” MMC-nin “Poçtap” xidmətinə 55 itirilmiş sənəd verib. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərpoçt”dan bildirilib. Qeyd olunur ki, həmin sənədlərin 50 faizə yaxını şəxsiyyət vəsiqələridir. Bundan başqa, itirilmiş sənədlər arasında sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin qeydiyyatı barədə şəhadətnamələr, ümumvətəndaşlıq pasportları, pensiya kitabçaları, “Qəhrəman ana” vəsiqəsi, orden kitabçası, əmək kitabçaları, hərbi biletlər, tələbə vəsiqəsi, tələbə kartı, elektron sağlamlıq kartı, “DIA Holding” iş vəsiqəsi, partiya biletləri, doğum haqqında şəhadətnamələr və avtomobilin idarə olunması üçün etibarnamə var.
Tapılan sənədlər barədə məlumatları xidmətin 169 nömrəli telefonuna zəng etməklə və ya “pochtap.az” saytı vasitəsilə əldə etmək olar.
İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir.
Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










