İtinə sünü nəfəs verdi - heyvan öldü, özü isə zəhərləndi

Türkiyənin Aydınlı bölgəsində şok hadisə yaşanıb. Avtosfer.az sherg.az-a istinadən xəbər verir ki, qəsəbədə küçəyə atılan zəhərli sümükləri yeyən "Sibir qurdu" cinsindən olan "Poyraz" adlı 10 aylıq it ölüb. İtinin can üstə olduğunu görüb ona süni tənəffüs verərək xilas etmək istəyən Dr. Çağlar Doğrul da zəhərlənib. Aydınlı dövlət xəstəxanasında çalışan Ortopedik mütəxəssisi Dr. Çağlar Doğrul iti "Poyraz"ı yanına alaraq gəzintiyə çıxıb. Bu zaman "Poyraz" bir torbanın içində atılan sümükləri yeyib. Az sonra zəhərli sümüklər olduğundan yerə yıxılıb. İtinin can verdiyini görən Uzm. Dr. Doğrul "Poyraz"ı qurtarmaq üçün süni tənəffüs verməyə başlasa da it ölür. Bu zaman Çağlar da zəhərləndiyini fərq edir. Xəstəxanaya çatdırılan həkim müalicə altına alınır. Araşdırma zamanı sümüklərin üzərinə tökülən maddənin güclü bir zəhər olduğu aydın olur. Müalicəsi davam edən Çağlar Doğrul yaşadıqları o anları belə izah edir: "İtimə yardıma çalışdım, zəhər mənə də təsir etdi. Ürək bulanması və qusma baş verdi və dərhal xəstəxanaya müraciət etdim. İtim, şübhəli bir qida yedikdən 20 dəqiqə sonra birdən sıxıldı və epilepsiya keçirən kimi oldu. Yerə yıxıldı, mən də onu təkrar həyata qaytarmaq üçün müdaxilə etdim, lakin təəssüf ki, öldü. Demə ona süni tənəffüs verərkən mən də zəhərlənmişəm. Bir az da davam etsəydim, məni də eyni şəkildə bir ölüm gözləyirdi. Təəssüf ki, ölüm can dostumu məndən aldı".
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












