İtirilən 379 sənəd bu yolla sahibinə qaytarılıb

“Azərpoçt” MMC-nin “Poçtap” sisitemində 1000 itirilmiş sənəd qeydiyyatdan keçib. Avtosfer.az xəbər verir ki, bu barədə “Trend”ə “Azərpoçt”dan bildirilib. Həmin sənədlərdən 329-u sahibinə təhvil verilib. Tapılan sənədlərin 671-i müvafiq strukturlara verilib, 5-i isə hələki "Azərpoçt"un şöbə və filiallarındadır. "Pochtap" xidməti Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün ölkə ərazisində "Azerexpresspost" poçt-ekspres xidməti vasitəsi ilə itirilmiş sənədlərin vaxtında çatdırılmasını təmin edir. Tapılan sənədlər barədə məlumatları xidmətin 169 nömrəli telefonuna zəng etməklə və ya “pochtap.az” saytı vasitəsilə əldə etmək olar. İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir. Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












