İtmiş təyyarənin yeni parçaları Malayziya hökumətinə təhvil verilib

"Malaysia Airlines” şirkətinə məxsus MH370 reysi ilə uçan və 2014-cü ildə itən təyyarənin sərnişinlərinin qohumları laynerə mənsub olduğu güman edilən yeni parçaları nəqliyyat naziri Entoni Lokeyə təhvil veriblər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə "The Star” qəzeti məlumat yayıb. Xatırladaq ki, "Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing 777-200” sərnişin təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə Kuala Lumpurdan Pekinə uçarkən radarlardan itib. Göyərtəsində 239 nəfərin olduğu təyyarənin Hind okeanının cənub hissəsinə düşdüyü güman olunur. "The Star” qəzetinin məlumatına görə, yeni parçalar nəqliyyat nazirinə noyabrın 30-da təhvil verilib. İtkin təyyarəyə məxsus olduğu güman edilən beş parça 2016-cı ilin dekabrından 2018-ci ilin avqustunadək Madaqaskarın üç müxtəlif hissəsində tapılıb. Parçaları kənd sakinləri və yerli balıqçılar aşkar ediblər. Parçaların təhvil verilməsi vaxtı E.Loke bildirib ki, hökumət itmiş laynerin axtarışları ideyasından tam imtina etməyib: "Əgər əsaslı dəlillər varsa, biz axtarışların bərpasına hazırıq”. İtkin düşmüş MH370 reysinin təhqiqatı üzrə Malayziya Dövlət Komissiyasının 2018-ci ilin iyulunda dərc etdiyi hesabata əsasən, laynerin itməsinin səbəblərini tam şəkildə araşdırmaq mümkün olmayıb. Bununla yanaşı, təyyarənin əsas hissəsinin yeri də naməlum olaraq qalır.
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO










