IX kral Karlın tacı oğurlanıb

İsveçdə IX kral Karlın tacı saxlandığı yerdən oğurlanıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Stokholmdan 120 km uzaqlıqda yerləşən Strangnas şəhərinin XVII əsrə aid olan kafedral kilsəsində baş verib. IX kral Karlın dəfnində istifadə edilən əşyalarla və əsası ilə yanaşı, onun və həyat yoldaşı kraliça Kristinanın taclarını da oğurlayıblar. Yerli jurnalistlər oğurlanan əşyaların çox qiymətli olduğunu qeyd edir. Şahidlərin verdiyi məlumata əsasən, oğurluğu bir neçə nəfərdən ibarət cinayətkar qrup həyata keçirib. Şahidlər, habelə bildirib ki, oğrular hadisə yerini motorlu qayıqdan tərk ediblər. Cəmiyyətdə böyük əks-səda doğuran oğruluq hadisəsi ilə bağlı İsveç polisi istintaq işlərinə başlayıb. Yerli polisin rəsmisi Tomas Agnevikin sözlərinə görə, axtarışlar yerdə, suda və havada aparılır. Polis cinayətkarların gizləndiyi yerin ifşası üçün bütün istiqamətləri yoxlayır.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












