İyul ayının hava PROQNOZU

İyul ayına olan hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, iyul ayının birinci ongünlüyünün ortalarında temperaturun iqlim normasına yaxın və havanın nisbətən sərin keçməsinə baxmayaraq, ümumiyyətlə, ay ərzində orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. İyul ayının birinci ongünlüyündə arabir güclənən şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 23-28, gündüzlər 36-41, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 20-25, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 6-16 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 18-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 36-73 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (10-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
Orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34, bəzi günlərdə 37-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-118 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 22-27, gündüzlər 35-39, bəzi günlərdə 41-43 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 3-22 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 23-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 32-37, bəzi günlərdə 40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 7-33 mm) olacağı gözlənilir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












