İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA

Yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar həm çimərliklərdə, həm də açıq ərazilərdə təhlükəsizlik qaydalarına əməl olunmaması suda boğulma və günvurma hallarının artmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, iyul ayında bu istiqamətdə təcili tibbi yardım xidmətinə onlarla müraciət qeydə alınıb. Müraciətlərin bir qismi hospitalizasiya ilə nəticələnsə də, ölüm halları da baş verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Avtosfer.az-a açıqlamasında bildirilib ki, iyul ayında suda boğulma ilə bağlı 22, günvurma ilə bağlı isə 32 müraciət qeydə alınıb:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2026-cı ilin iyul ayı ərzində suda boğulma hadisələri ilə əlaqədar ümumilikdə 22 müraciət daxil olub. Daxil olan müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5 nəfərə yerində tibbi yardım olunub, 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb. Müraciət edənlərdən 4 nəfəri qadın, 15 nəfəri kişi, 3 nəfərin isə şəxsiyyəti naməlum olub".
TƏBİB qeyd edib ki, respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub. Onlardan 12 nəfər hospitalizasiya edilib, 17 nəfərə yerində tibbi yardım göstərilib, 3 nəfər hospitalizasiyadan imtina edib. Müraciət edənlərin 17-si kişi, 15-i qadın olub. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi vətəndaşları çimərlik mövsümündə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə və təhlükəli ərazilərdə suya daxil olmamağa çağırır. Yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar həm çimərliklərdə, həm də açıq ərazilərdə təhlükəsizlik qaydalarına əməl olunmaması suda boğulma və günvurma hallarının artmasına səbəb olur.
Fatimə
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO













