İyunda 6 gün iş günü olmayacaq

Bu il iyun ayında Ramazan və Milli Qurtuluş Günü ilə əlaqədar 5 gün ölkədə qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Trend-ə bildirib ki, iyunun 15-də ölkədə Milli Qurtuluş Günü, iyunun 15 və 16-sında isə Ramazan bayramı qeyd ediləcək. Lakin Milli Qurtuluş Günü və Ramazan bayramının üst-üstə düşməsi, eləcə də bayram günlərindən birinin, yəni iyunun 16-sının həftələrarası istirahət gününə (şənbə gününə) düşməsi ilə əlaqədar ölkədəki qeyri-iş günlərinin tarixlərində dəyişiklik edilib. Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Nazirlər Kabinetinin ”2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən, 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, 18,19 iyun tarixləri istirahət günləri sayılacaq. Beləliklə, bazar günü də nəzərə alınarsa, iyunun 15,16, 17, 18 və 19-u ölkədə qeyri-iş günü, iyunun 20-si iş günü olacaq. Qeyd edək ki, iyunun 26-da Silahlı Qüvvələr Günü kimi qeyd edildiyindən həmin gün də iş günü hesab edilməyəcək.
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli










