İyunun 1-də Bakı küçələrində reyd keçiriləcək

İyunun 1-də Bakı yollarında təbliğat xarakterli reyd keçiriləcək. Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, məlum olduğu kimi, iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür: “Bu məqsədlə təhlükəsizliyi təmin etmək, xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində azyaşlıların həyat və sağlamlığını qorumaq, təbliğat işini gücləndirmək, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması üçün paytaxtın inzibati ərazisinə daxil olan küçə və prospektlərdə təbliğat xarakterli reydlərin keçirilməsi nəzərdə tutulub”.
V.Əsədov qeyd edib ki, bu tədbirdə yol polisinin kiçik yaşlı köməkçiləri də iştirak edəcək.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












